Putin terror aktı ilə bağlı Ərdoğana başsağlığı verib

23 Oktyabr 2024 19:33 (UTC+04:00)

...Rusiya prezidenti Vladimir Putin Ankarada Tusaş aerokosmik korporasiyasının baş ofisində baş vermiş terror aktı ilə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Lenta.ru-nun müxbiri bildirib.

...İşə başlamazdan əvvəl Türkiyədə baş verən terror aktı ilə bağlı başsağlığımı bildirmək istərdim. Bilirsiniz, Rusiyanın buna münasibəti necədir – biz bunun motivi nə olursa olsun, bu cür hərəkətləri pisləyirik- Rusiya lideri qeyd edib.

Əli Babayev