Nazirlikdən ürəkağrıdan çağırış edildi

23 Oktyabr 2024 16:35 (UTC+04:00)

Fələstin Səhiyyə Nazirliyi dünya ictimaiyyətinə ürəkağrıdan çağırış edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağında bir ildən artıqdır həyata keçirdiyi hücumlara qarşı beynəlxalq ictimaiyyətin müdaxiləsi və dəstəyinin yetərli olmadığını bildirərək, ən azı həyatını itirənlər üçün kəfən göndərilməsini istəyib.