Azərbaycan Prezidenti Tatarstanın “Dosltuq” ordeni ilə təltif edilib

23 Oktyabr 2024 16:24 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Tatarstan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub. SİA-nın məlumatına görə, bu barədə Fərmanı Tatarstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevlə Kazanda görüşündə oxuyub.

İlham Əliyev bu ordenlə Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə töhfəsinə görə təltif edilib.