Qəzzada ölənlərin sayı 42 min 792-yə çatıb

23 Oktyabr 2024 15:48 (UTC+04:00)

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 42 min 792, yaralıların sayı isə 100 min 412-yə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail 383 gündür Qəzza zolağında qırğınlarını davam etdirir.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun son 24 saatda həyata keçirdiyi 6 hücumda 74 fələstinlinin həyatını itirdiyi, 130 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edək ki, İsrailin hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana ümumi can itkisinin 42 min 792, yaralıların sayının isə 100 min 412-yə yüksəldiyi bildirilib.