Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş İsrailin hücumlarında indiyədək 1047 tibb işçisinin həlak olduğunu açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Burş, İsrailin Qəzzanın şimalında bir xəstəxana yaxınlığında pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücumda həkim Məhəmməd Qənim və tibb bacısı Məhəmməd Merzuk Selmanın həyatını itirdiyini bildirib.
İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağına hücuma başladıqdan sonra 310 tibb işçisini həbs etdiyini bildirən Burş, hücumlarda 1047 tibb işçisinin həyatını itirdiyini qeyd edib.