Məşhur aktyor dünyasını dəyişib - FOTO

23 Oktyabr 2024 15:23 (UTC+04:00)

Türkiyəli məşhur aktyor Tekin Temel 56 yaşında ürək tutması nəticəsində dünyasını dəyişib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Ezel", "Güz Gülleri", "Abuzer Kadayıf", "Acı Hayat", "Boyle Bitmesin", "Veda" kimi seriallarda rol alan Tekin Temel 56 yaşında dünyasını dəyişib.

Onun meneceri acı xəbəri açıqlayıb. O, açıqlamasında bildirib: "Çox təəssüf edirəm. Aktyorum Tekin Temel bu səhər dünyasını dəyişdi. Ailəsinə və bütün sevənlərinə başsağlığı verirəm".

Məşhur aktyorun səhər saatlarında serialın çəkiliş meydançasına getməyə hazırlaşdığı zaman infarkt keçirdiyi öyrənilib. İnfarkt keçirdiyi və ürəyinə stent qoyulduğu məlum olan Tekin Teməlin cənazə namazı ikindi namazından sonra Ataşehir Refiye Soyak məscidində qılınacaq və məşhur aktyor son səfərinə yola salınacaq.

Aktyor Tekin Temel 24 iyun 1968-ci ildə Manisada anadan olub. 54 yaşlı aktyor Dokuz Eylül Universitetinin teatr fakültəsini bitirib. 1995-ci ildən seriallarda rol almağa başlayıb.