İngiltərədə inanılmaz hadisə yaşanıb

23 Oktyabr 2024 15:10 (UTC+04:00)

İngiltərənin Lids şəhərində Şekspir Qüllələrindən yıxılaraq ölən qadının körpəsi sağ qalıb. Körpə xəstəxanada reanimasiyadadır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerində dünyasını dəyişən qadının hamiləliyinin son dövrlərində olduğu aydınlaşınca dərhal xəstəxanaya çatdırılıb və körpə ana bətnindən götürülüb.

Körpənin sağ olduğu və reanimasiyada saxlandığı öyrənilib.