Ərdoğan BRICS sammitində iştirak etmək üçün Kazana getdi - YENİLƏNİB

23 Oktyabr 2024 13:44 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS-in 16-cı sammitində iştirak etmək üçün oktyabrın 23-də Kazana yola düşüb. SİA xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya ikigünlük səfəri çərçivəsində dövlət və hökumət başçıları, o cümlədən rusiyalı həmkarı Vladimir Putinlə bir sıra görüşlər keçirəcək.

Türkiyə liderinin görüşlərində Fələstin və Livan da daxil olmaqla Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetiriləcək.

Bundan əvvəl mətbuatda Türkiyənin BRICS-ə üzv olmaq üçün müraciət etməsi ilə bağlı xəbərlər yayılmışdı.

Oktyabrın 22-dən 24-dək Tatarıstanda BRICS ölkələrinin dövlət başçılarının sammiti keçirilir.