İki qurum arasında "Missiya hesabatı” imzalanıb

23 Oktyabr 2024 13:43 (UTC+04:00)

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və Asiya İnkişaf Bankı (ADB) arasında "Missiya hesabatı" imzalanıb. SİA xəbər verir ki, imzalanmanın məqsədi dekarbonizasiya prosesinə texniki yardımın göstərilməsi ilə bağlıdır.

Sənədi ADY sədri Rövşən Rüstəmov və ADB-nin nəqliyyat üzrə direktoru Ceyms Leder imzalayıb.