Azərbaycanın basketbol hakimi beynəlxalq oyuna təyinat alıb

23 Oktyabr 2024 13:36 (UTC+04:00)

Beynəlxalq Basketbol Federasiyası (FIBA) azərbaycanlı hakim Ələkbər Həsənova yeni təyinat verib. SİA xəbər verir ki, referi qadınlardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununu idarə edəcək.

O, D qrupunda keçiriləcək Estoniya-Danimarka matçının baş hakimi olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 10-da Tallin şəhərində keçiriləcək.