Məşhur aktyor Afrikaya köçməyi planlaşdırır

23 Oktyabr 2024 13:08 (UTC+04:00)

Məşhur britaniyalı aktyor İdris Elba Afrikaya köçməyi planlaşdırır. SİA xəbər verir ki, o, BBC-yə müsahibəsində yaxın on il ərzində Afrika qitəsinə köçəcəyini açıqlayıb. Elba, Qananın paytaxtı Akkrada və Zanzibarda film studiyaları qurmağı qarşısına məqsəd qoyduğunu bildirib.

Londondan doğulmuş 52 yaşlı aktyorun anası Qanadan, atası isə Syerra-Leonedəndir. Afrikaya dərin bağlılığı olduğunu vurğulayan Elba qitənin kino sənayesinin inkişafına dəstək olmaq üçün nüfuzundan istifadə etməyi və afrikalıların öz hekayələrini dünya səhnəsində daha geniş şəkildə təqdim etmələrinin vacibliyini qeyd edib.