ABŞ-də tükləri biz-biz edən hadisə yaşanıb - ŞOK

23 Oktyabr 2024 12:48 (UTC+04:00)

ABŞ-ın Kentukki ştatında, beyin ölümü olduğu bildirilən bir adam, orqanları alınmaq ərəfəsində qəflətən oyanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə orqan donorluğu sistemlərində istifadə edilən protokolların etibarlılığı ilə bağlı suallar doğurub.

Sentyabr ayında ABŞ Nümayəndələr Palatasının Enerji və Ticarət Komitəsində orqan donorluğu və transplantasiya sistemi ilə bağlı keçirilən dinləmələrdə məlumat verən Nukoletta Martin hadisəni gündəmə gətirib.

ABŞ-ın milli yayımçısı NPR (Milli İctimai Radio) tərəfindən verilən “Science Alert” elmi saytının məlumatına görə, bu qeydlərdə ürək transplantasiyası əməliyyatından əvvəl aparılan kliniki sınaq zamanı donorda həyat əlamətlərinin olduğu qeyd edilib.

"Həmin səhər ürək kateterizasiyası proseduru zamanı donor oyaq idi və masanın üzərində hərəkət edirdi"-deyə, Martin bildirib.

36 yaşlı Anthoni TJ Thomas Hoover iki infarkt keçirib və həddindən artıq dozaya görə Kentukki ştatının Riçmond şəhərindəki Baptist Sağlamlıq Xəstəxanasına gətirildikdən sonra onun barəsində beyin ölümü elan edilib. Daha sonra orqanlarının bağışlanması üçün hazırlıqlar görülüb. Lakin TJ-nin bacısı Donna Rhorer əməliyyat otağına aparılarkən qardaşının gözlərinin açıq olduğunu və ətrafa baxdığını gördüyünü bildirib. Rhorer, xəstəxana işçilərinin bu vəziyyəti "ortaq bir refleks" olaraq xarakterizə etdiyini söyləyib.

NPR-nin məlumatına görə, cərrahlar əməliyyatı dayandırmaq qərarına gəliblər. Əməliyyatı həyata keçirən cərrah deyib: "Mən bu işdən ayrılıram, bu vəziyyətə qarışmaq istəmirəm".

Miller əməliyyat otağında xaosun hökm sürdüyünü və hər kəsin dərin kədər içində olduğunu bildirib.