Bill Qeyts seçki kampaniyasına 50 milyon dollar bağışladı

23 Oktyabr 2024 12:29 (UTC+04:00)

"Microsoft" texnologiya şirkətinin həmtəsisçisi və dünyanın ən zəngin adamlarından biri olan Bill Qeyts Kamala Harrisin seçki kampaniyasına 50 milyon dollar ianə edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı milyarder İlon Maskın ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçki kampaniyasına son 3 ayda ümumilikdə 75 milyon dollar ianə etdiyi açıqlanandan sonra Bill Qeyts ABŞ-ın demokrat prezidentliyə namizədi Kamala Harrisin seçki kampaniyasına 50 milyon dollar bağışlayıb.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, Qeytsin ianəsi Kamala Harrisi dəstəkləyən əsas xarici maliyyə toplama qrupu olan "Future Forward"ın qeyri-kommersiya qolu olan "Future Forward USA Action"a gedib.