Azərbaycan - Portuqaliya oyununun hakimləri

23 Oktyabr 2024 12:19 (UTC+04:00)

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Almaniyadan olan Fabyenn Mişel idarə edəcək.

Ona həmyerlisi Melissa Juus və avstriyalı Amina Sara Qutşi kömək göstərəcək.

Dördüncü hakim funksiyasını Karolin Uoker yerinə yetirəcək. VAR hakimləri Katrin Rafalski, Coan Pfayfer olacaq. Xorvatiyalı Blajenka Loqaruşiç hakim-inspektor, monteneqrolu Sanya Boşanats Perişiç UEFA nümayəndəsi kimi təyinat alıblar.

Qeyd edək ki, oktyabrın 25-də "Dalğa Arena"da təşkil olunacaq qarşılaşma saat 16:00-da start götürəcək.