ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

23 Oktyabr 2024 11:58 (UTC+04:00)

ABŞ-ın maliyyə naziri Janet Yellen Rusiyaya qarşı yeni sanksiyaları açıqlayacaqlarını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik toplantıları çərçivəsində keçirilən mətbuat konfransında danışıb.

Yellen, qarşıdakı həftə ərzində Rusiyaya, o cümlədən hərbi baxımdan kritik töhfə verən üçüncü ölkələrdəki vasitəçilərə qarşı “yeni sanksiyalar” elan edəcəklərini bildirib.