“Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Man Truck&Bus şirkətinin prezidenti cənab Aleksandr Vlaskampı oktyabr 22- də qəbul etmişdir. Belə ki Man Truck &Bus şirkəti Avropanın nəhəng nəqliyyat şirkətlərindən biridir. Qərargahı Munhendə yerləşən 10.9 milyard avroluq dövriyyəyə malik olan bu avtomobil şirkəti yük avtomobilləri və avtobusları istehsal edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Heydərov deyib.
Onun sözlərinə görə, görüşdə bu avtomobillərin Azərbaycanda istehsal imkanları müzakirə olunmuşdur: “Bu kimi şirkətlərin ölkəmizdə investisiya qoyması ölkədə məşğulluğun səviyyəsinin artmasına, eləcə də yerli istehsalın inkişafına rəvac verməklə milli kadrların sayının bu sahədə artması ilə nəticələnəcəkdir. Görüşdə ölkə başçısı COP29-un hazırlıq işlərinin bir ildən az müddət keçməsinə baxmayaraq sonuncu mərhələdə olduğunu qeyd etmişdir.
Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir. Aleksandr Vlaskamp COP29-da nəqliyyat sahəsinin də mühüm amil olduğunu qeyd etmişdir. Bu istiqamətdə Azərbaycan və şirkət arasındakı əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını qeyd etmişdir”.
Ayşən Vəli