Saxta spirtli içki satan 4 nəfər edam edilib

23 Oktyabr 2024 11:44 (UTC+04:00)

İranın Əlborz əyalətinin Kereç şəhərində saxta spirtli içki satdıqları aşkarlanan və edama məhkum edilən 4 nəfərin hökmü icra edilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İran Tələbələr Xəbər Agentliyinin verdiyi məlumata görə, məsələ ilə bağlı Məhkəmə Hakimiyyət Qurumundan açıqlama verilib.

Açıqlamada bildirilib: "Əlborz vilayətində qeyri-qanuni spirtli içkilərin tədarükü və satışına görə edam cəzasına məhkum edilən 4 nəfər səhər saatlarında edam edilib".