Narkokartelin 19 üzvü öldürülüb

23 Oktyabr 2024 11:35 (UTC+04:00)

Meksikada “Sinaloa” narkokartelinin silahlıları saxlanılan liderlərini hərbçilərin əlindən almağa cəhd edərkən azı 19 üzvünü itirib. SİA xəbər verir ki, bu barədə Meksika Müdafiə Nazirliyinin məlumatında deyilir.

“Xüsusi əməliyyat nəticəsində Sakit okean kartelinin “Mayo Zambada” fraksiyası (“Sinaloa” karteli kimi də tanınır) ilə əlaqəli cinayətkar qrupun lideri, El-Maks ləqəbli Edvin Antonio Sinaloa ştatının Kulyakan bələdiyyəsində baş verən son iğtişaşlarda fəal iştirakına görə saxlanılıb. Əməliyyat zamanı hərbçilər qruplaşmanın 30 üzvü və məhbusun şəxsi mühafizəsi tərəfindən hücuma məruz qalıb”, - deyə məlumatda bildirilir.

Əməliyyat çərçivəsində cinayətkarlara məxsus silah arsenalı, mühafizə vasitələri və avtomobillər müsadirə edilib.