“Gürcü arzusu”nun deputatı Salome Zurabişvilinin dediklərinə münasibət bildirdi

23 Oktyabr 2024 11:03 (UTC+04:00)

“Gürcü arzusu”nun deputatı Kaxa Kaxişvili Gürcüstan prezidenti Salome Zurabişvilinin söylədiklərinə münasibət bildirib. SİA Gürcüstan mediasına istinadən xəbər verir ki, Salome Zurabişvili bildirmişdir ki, insanlar “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilini dinləməməlidir.

Kaxişvilinin fikrincə, "Zurabişvili bu sözləri 2018-ci il prezident seçkiləri zamanı desəydi və xalqı İvanişvilini dinləməməyə çağırsaydı, daha yaxşı olardı, çünki o, məhz “Gürcü arzusu”nun fəxri sədrinin dəstəyi ilə prezident olub"-deyə, Kaxa Kaxişvili sosial şəbəkədə yazıb.