"Görüş Azərbaycanın qəti mövqeyini çatdırmaq baxımından əhəmiyyətlidir" - ŞƏRH OLUNDU

23 Oktyabr 2024 11:06 (UTC+04:00)

"ABŞ prezidentinin köməkçisi Maykl Karpenter oktyabrın 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə görüşüb və ABŞ prezidentinin Azərbaycan Prezidentinə göndərdiyi məktubu çatdırıb. Amerika Birləşmiş Ştatlarının prezidenti məktubunda qeyd edir ki, Azərbaycanla Ermənistan arasında tez bir zamanda sülh müqaviləsinin bağlanılması vacibdir. Bu sülh regionda yeni reallıqlar formalaşdıracaq, ticarəti genişləndirəcək. Həmçinin ABŞ prezidenti Azərbaycanın COP29-a ev sahibliyi edəcəyi dövrü Azərbaycanla Ermənistan aasında sülh müqaviləsinin imzalanması üçün yararlı imkan hesab etdiyini bildirib. Eni zamanda oxşar tərzdə məktub yenə də Maykl Karpenter tərəfindən Ermənistan baş naziri Paşinyana təqdim olunub. Həmin məktubda da təxmini eyni fikirlər yer alıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, Azərbaycan Prezidentinə CO Bayden tərəfindən göndərilmiş məktubda Azərbaycanın müstəqilliyi və suverenliyi gözlənilməklə sülh müqaviləsinin imzalanması istəyi ortaya qoyulur: "Həmçinin Karpentenlə Azərbaycan Prezidenti ABŞ-Azərbaycan əlaqələrini müzakirə ediblər.

Sülh gündəliyini regionda Azərbaycan başladıb. Azərbaycan öz torpaqlarını Ermənstanın işğalından azad etdikdən dərhal sonra iki ölkə arasında sülhün imzalanması üçün 5 şərtini irəli sürüb. Bu şərtlər dayanıqlı və etibarlı sülhün imzalanması üçün olduqca ədalətli, beynəlxalq hüquq normalarına uyğun olan şərtlərdir. Azərbaycanın irəli sürmüş olduğu şərtlər əsasında sülh müqaviləsi imzalanacaqsa, bütövükdə Cənubi Qafqaz regionunun gələcəyi, təhlükəsizlik mühitinin yaxşılaşdırılması üçün çox unikal imkanlar yaranacaq. Bunu Azərbaycan Prezidenti Maykl Karpenterlə görüşü zamanı da vurğulayıb və qeyd edib ki, Azərbaycan hər zaman sülh təşəbbüsünə sadiqdir. Eyni zamanda Azərbaycan Prezidenti sülhün imzalanması prosesinə mane olan əsas amilləri də səsləndirib.

Bizim əsas şərtimiz ondan ibarətdir ki, Ermənistan Azəbaycana olan ərazi iddialarından əl çəksin. Yəni, Ermənistan konstitusiyasında dəyişiklik edilməli, orada Azərbaycana olan ərazi iddiaları aradan qaldırılmalıdır. Bu çox vacib sülh şərtidir. Çünki Azərbaycan Ermənistanın hazırda manevrlər etmək niyyətini görür. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın təkiflərinə Ermənistan yetmiş gün sonra öz təklifləri ilə cavab verdi. Bu da Ermənistanın sülh ritorikasında səmimi olmadığını bir daha göstərir. Ermənistan bütün addımları ilə nümayiş etdirir ki, sülhün vaxtını uzatmağa çalışır. Sözsüz ki, Azərbaycan da bunu görür və gələcəkdə Ermənistanın Azərbaycana qarşı revanş etməsi üçün heç bir hüquqi əsasın qalmasını istəmir. Azərbaycan bu məsələdə çox ayıq-sayıq, ehtiyyatlı davranır və qabaqlayıcı addımlar atır. Dövlət başçısı Maykl Karpenterə də açıq şəkildə Azərbaycanın mövqeyini çatdırdı. Bir daha Azərbaycann regionda sülhün yeganə müəllifi olduğunu və bundan sonra da sülh üçün çalışacağını nümayiş etdirdi. Düşünürəm ki, Karpenterin bu cür düşüncələrlə Azərbaycandan ayrılması, Ermənistan baş naziri Paşinyanla görüşə getməsi Azərbaycanın qəti mövqeyini çatdırması baxımından da əhəmiyyətli olacaq".