Ərdoğan bu gün Rusiyaya gedəcək

23 Oktyabr 2024 10:11 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS Liderlər Zirvə toplantısında iştirak etmək üçün bu gün Rusiyanın Kazan şəhərinə gedəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan 2 günlük səfəri çərçivəsində bəzi iştirakçı dövlət və hökumət başçıları ilə də görüşəcək.

Ərdoğan Türkiyənin mümkün üzvlüyünün gündəmdə olduğu BRİKS-in 16-cı Liderlər Zirvə toplantısına qatılacaq. Türkiyə mərkəzli və çoxölçülü aktiv xarici siyasət yürüdən Ankaranın məqsədi regional təşkilatlarla əlaqələrini dərinləşdirməkdir.