Xocəsəndə avtomobil iki piyadanı vurub

23 Oktyabr 2024 09:50 (UTC+04:00)

Xocəsəndə avtomobil iki piyadanı vurub. SİA xəbər verir ki, Şamo Məmmədov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə piyadalar - Yadulla Zeynallı və Elxan Mirzəyevi vurub.

Hər iki piyada xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Yadulla Zeynallı ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.