Narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

23 Oktyabr 2024 09:47 (UTC+04:00)

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən Araz Talıbovu saxlayıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, onun yaşadığı ünvandan iki kiloqramdan artıq marixuana, kəndin çöllük ərazisindən isə sonuncu tərəfindən kültivasiya edilərək yetişdirilmiş çətənə kolları aşkarlanıb. Məlumata görə, faktla bağlı araşdırmalar aparılır.