"Sabah" bu gün növbəti matçına çıxacaq

23 Oktyabr 2024 09:43 (UTC+04:00)

"Sabah"ın basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq. SİA-nın məlumatına görə, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv İsveçin "Norrçepinq Dolfins" klubunu qəbul edəcək.

Bakı İdman Sarayında reallaşacaq görüş saat 19:00-da start götürəcək.

Qeyd edək ki, "Sabah" daha əvvəl G qrupunda "Spiru"ya (Belçika) səfərdə 81:82, "Marussi"yə (Yunanıstan) isə doğma meydanda 70:82 hesabı ilə məğlub olub.