Bakıda avtomobil 47 yaşlı qadını vurub

23 Oktyabr 2024 09:03 (UTC+04:00)

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, avtomobil yolu keçən 1977-ci il təvəllüdlü Nuriyeva Rəsmiyyə Cahid qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.