Pakistan BRICS-ə qoşulmaqda maraqlıdır

23 Oktyabr 2024 04:17 (UTC+04:00)

"Pakistan BRICS-ə qoşulmaqda maraqlıdır. SİA xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Maliyyə Nazirliyinin rəhbəri Məhəmməd Auranqzeb məlumat verib.

"Bəli, belədir", - nazir agentliyə Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Vaşinqtonda keçirilən illik nazirlər toplantısı çərçivəsində Pakistanın BRICS-ə üzv olmaq niyyətindən danışarkən deyib.

2023-cü ilin noyabrında Pakistan bu assosiasiyaya qoşulmaq üçün rəsmi müraciət təqdim edib. Pakistan rəsmiləri daha sonra bu məsələdə Rusiya Federasiyasından kömək ümid etdiklərini bildiriblər.

Ötən həftə Rusiya Prezidenti Vladimir Putin bildirib ki, BRICS üzvləri dünya quru ərazisinin üçdə birini tutur və planet əhalisinin demək olar ki, yarısı assosiasiya ölkələrində yaşayır.