“Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası Tbilisidə aksiya keçirəcək

23 Oktyabr 2024 02:36 (UTC+04:00)

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası oktyabrın 23-də Tbilisidə seçki öncəsi aksiya keçirəcək. SİA xəbər verir ki, Tbilisinin mərkəzi Rustaveli prospektində açıq havada keçiriləcək tədbirdə yüz mindən çox insanın iştirakı gözlənilir.

Aksiyada partiyanın üzvləri və tərəfdaşı olan paytaxt sakinləri ilə yanaşı, regionlardan gələcək insanlar da iştirak edəcəklər.

Məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, tədbirlə əlaqədar olaraq Tbilisidə bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. DİN-in Patrul Polisi Departamentinin əməkdaşları ictimai asayişi qorumaq və nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün səfərbər ediləcək.