Endokrinoloq diabetin əsas səbəblərindən birini adlandırdı...

22 Oktyabr 2024 22:04 (UTC+04:00)

Endokrinoloq Veronika Kurova bildirib ki, piylərin daxili orqanların ətrafında toplandığı visseral piylənmə çox vaxt 2-ci tip diabetdən əvvəl baş verir.

SİA-nın əldə etdiyi məlumata görə, həkim Telegram kanalında xəstəliyin inkişafının əsas səbəblərindən birinin adını çəkib.

Kurova görə, visseral piylənmə ilə qaraciyər, mədəaltı vəzi və bağırsaqların ətrafında piy yığılır.

...Bu tip piylənmə ən çox 2-ci tip diabetdən əvvəl olur!

Bu barədə həkim xəbərdarlıq edib.

O, qeyd edib ki, piylənmənin ən çox yayılmış səbəbləri qeyri-kafi fiziki aktivlik və düzgün qidalanmamaqdır. Həkim artıq çəkidən əziyyət çəkən insanlara şəkərli diabetin qarşısını almaq üçün rasional sağlam menyuya riayət etməyi və mütəmadi olaraq fiziki fəaliyyətlə məşğul olmağı tövsiyə edib.

Əgər həddindən artıq artıq çəki varsa, müayinə və müalicə üçün həkimə müraciət etmək lazımdır.

Daha əvvəl endokrinoloq Yelena Ostrovskaya payızda çəki artımının səbəblərini açıqlamışdı. Onun sözlərinə görə, bunlardan biri serotonin çatışmazlığı ola bilər.

Nazlı Almuradova