Pro Liqanın ən çox qazananları: Ronaldo, Neymar, Benzema...

22 Oktyabr 2024 21:36 (UTC+04:00)

"Əl-Nəsr"ın 39 yaşlı hücumçusu Kriştiano Ronaldo 263 milyon avro gəlirlə Səudiyyə Ərəbistanında ən çox maaş alan futbolçudur.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "Bloomberg" və "Forbes"in araşdırmalarına əsaslanaraq "Al Sharq News" məlumat yayıb.

İkinci yerdə illik 102 milyon avro maaşla "Əl-Hilal"ın hücumçusu Neymar qərarlaşıb. "Əl-İttihad"ın hücumçusu Kərim Benzema 96 milyon avro ilə Səudiyyə Ərəbistanında ən çox maaş alan oyunçular "üçlüy"ünü tamamlayır.

Ötən yay Pro Liqaya keçən oyunçular arasında ən çox qazanan isə "Əl-Əhli"nin hücumçusu İvan Tonidir. Onun illik qazancı 23 milyon avrodur.