Fransanın cənubunda Kann şəhərində təşkil edilən dünyanın ən böyük məzmunlu sərgilərindən biri olan MIPCOM-un ilk günündə TRT-nin “Mehmed: Fəthlərin Sultanı” serialı beynəlxalq tamaşaya qoyulub.
SİA-nın əldə etdiyi məlumata görə, televiziya və film işlərinin təqdim olunduğu MIPCOM sərgisi Kann Konqres və Festival Sarayında başlayıb.
Bu il İspaniyanın şərəf ölkəsi olduğu yarmarkanın ilk günündə keçirilən nümayişlə TRT-nin "Mehmed: Fəthlərin Sultanı" serialı dünyanın hər yerindən tamaşaçılara təqdim edilib.
Sərgidə serialın nümayişinə qatılan TRT baş direktor müavini Ziyad Varol Fatih Sultan Mehmetin (Osmanlı padşahlarından) bənzərsiz hekayəsini dünyaya anlatmaqdan qürur duyduqlarını bildirib.
"Bu layihə türk televiziyası tarixinin ən iddialı prodakşnlarından biri olmaqla yanaşı, həm də qlobal təsirə malikdir”,-deyə o vurğulayıb.
"Mehmed: Fəthlərin Sultanı" serialı
Fevralın 27-də Türkiyədə yayımlanan “Mehmed: Fətihlerin Sultanı” serialının indiyədək 19 hissəsi yayımlanıb.
Osmanlı imperiyasının yüksəlişini epik şəkildə ekranlara gətirən serial tarixdən ilhamlanıb.
MIPCOM Sərgisi
Bu il oktyabrın 24-dək davam edəcək 40-cı MIPCOM sərgisində 100-dən çox ölkədən minlərlə istehsalçı və alıcının, eləcə də təxminən 11 min ziyarətçinin iştirakı gözlənilir.
Hər ilin oktyabr ayında Fransanın cənubundakı Kannda keçirilən MIPCOM müxtəlif ölkələrdən film və serial sektorunun nümayəndələrini qəbul edir. MIPCOM-da film, serial, animasiya, sənədli film və televiziya formatları təqdim olunur.