Rusiyalı jurnalistin meyiti Daşkənd otellərindən birində tapılıb

22 Oktyabr 2024 20:26 (UTC+04:00)

...Rusiyalı jurnalist İnessa Papernayanın meyiti Daşkənddəki otellərdən birində tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Özbəkistanın “Xabar.uz” portalı yazıb.

Hər şey bazar ertəsi, oktyabrın 20-nə keçən gecə baş verib. Otel işçiləri Paperna ilə əlaqə saxlaya bilməyib və onun otağının qapısını sındırmaq qərarına gəliblər.

İçəri girəndə qızın cansız bədəni ilə rastlaşıblar. Bu hadisə ilə bağlı araşdırma təşkil edilib. Versiyalardan birinə görə, jurnalist hovuzun təmizlənməsi zamanı istifadə edilən bataqlıq qazından zəhərlənərək ölüb.

Qaz buxarlanma nəticəsində maddə havalandırma sistemi vasitəsilə otağa daxil ola bilər.

Özbəkistan Baş Prokurorluğunun mətbuat katibi Xaet Şamsutdinov Telegram kanalında 47 yaşlı Papernaya və daha iki nəfərin ölümü ilə bağlı cinayət işi açıldığını bildirib. Hazırda faktla bağlı araşdırma aparılır.

RİA Novosti Özbəkistan Baş Prokurorluğuna istinadən xəbər verir ki, Papernaya otaqda sevgilisi ilə olub. Həmən sevgili də ölüb. Onların meyiti məhkəmə-tibbi ekspertizaya göndərilib.

Əli Babayev