“Məni məhv etməyə çalışırlar...”

22 Oktyabr 2024 22:43 (UTC+04:00)

Müğənni Qlyuk'oZa (əsl adı Natalya Çistyakova – İonovadır-A.B.) narkotik istifadəsi ilə bağlı bütün ittihamları rədd edir. SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə şəxsi bloqunda danışıb.

Sənətçi Moskva Şeremetyevo hava limanında saxlanması ilə bağlı vəziyyətə aydınlıq gətirmək qərarına gəlib və ona qarşı bu cür ittihamlardan bezdiyini qeyd edib.

Onun sözlərinə görə, ona qarşı oxşar kampaniyanı onun barəsində polisə şikayət edən “bir nüfuzlu şəxs” başlayıb. ...Son aylarda məni məhv etməyə çalışanı tanıyırsınız, amma bu onun haqqında deyil. Xronologiyanı və faktları göstərəcəyəm, çünki artıq bu “Qlükoza və Narkomaniyaya qarşı” kampaniyasına baxmağa gücüm yoxdur.

Bunu müqənni deyib.

Məlumdur ki, hava limanında polis vizual işarələrə əsasən Qlyuk'oZanı narkotik sərxoşluğu vəziyyətində olduğunu müəyyən edib.

Müğənni tibbi müayinədən imtina edib. Qlyuk'oZa özü federal kanalda böyük bir çəkilişdən sonra Sankt-Peterburqdan Moskvaya gəldiyini və bununla da onun şübhəli vəziyyətinə qadağan olunmuş maddələrdən sui-istifadənin deyil, yorğunluğun səbəb olduğunu söyləyib.

Nazlı Almuradova