Pilotsuz təyyarə Netanyahunun yataq otağına düşüb

22 Oktyabr 2024 19:13 (UTC+04:00)

...“Hizbullah” tərəfindən İsrailin baş naziri Binyamin Netanyahunun iqamətgahına buraxılan pilotsuz təyyarə onun evindəki yataq otağının pəncərəsini zədələyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS mənbəyə istinadən yazır.

Şahidlərin yaydığı foto və videolarda binanın pəncərəsində birbaşa zərbənin izləri görünür. Ümumilikdə zərər az olub. Jurnalistlər bunu Netanyahunun iqamətgahındakı pəncərələrin zirehli olması ilə izah ediblər.

Daha əvvəl bildirilmişdi ki, şənbə günü, oktyabrın 19-da Livandan İsrailin Qeysəriyyə şəhərinə doğru pilotsuz təyyarə buraxılıb.

Hücumun hədəfi Netanyahunun iqamətgahı olub.

Baş nazir və həyat yoldaşı hücum zamanı binada olmayıblar.

Əli Babayev