Putin Rusiya ilə Çin arasındakı münasibətləri nümunəvi adlandırıb

22 Oktyabr 2024 18:54 (UTC+04:00)

...Rusiya və Çin arasındakı münasibətlər ölkələr arasında əməkdaşlıq modelidir.

SİA-nın əldə etdiyi məlumata görə, Lenta.ru-nun müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Çin sədri Si Cinpinlə görüşündə deyib.

...Biz tam əminliklə deyə bilərik ki, onlar müasir dünyada dövlətlər arasında münasibətlərin necə qurulacağına dair bir modelə çevriliblər.

Bunu deyən Putin əlavə edib ki, Rusiya-Çin əməkdaşlığı “bərabər, qarşılıqlı faydalı və tamamilə qeyri-opportunist xarakter daşıyır”.

Onun sözlərinə görə, Rusiya və Çin diplomatik münasibətlərin başladığı 75 il ərzində “hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət səviyyəsinə çatıb”.

Danışıqlar zamanı Çin lideri həmçinin bildirib ki, iki dövlət arasında münasibətlər misilsiz və unikaldır.

Əli Babayev