Husilər İsraildəki hərbi bazaya hipersəs raketi ilə zərbə endiriblər

22 Oktyabr 2024 18:23 (UTC+04:00)

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı İsrailin mərkəzində yerləşən hərbi bazaya hipersəs raketi ilə zərbə endirib.

SİA xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi Yəhya Sariya bildirib.

“Yəmən ordusunun Raket Qüvvələri İsrailin Yaffa bölgəsində yerləşən hərbi bazaya “Fələstin 2” hipersəs ballistik raketi ilə zərbə endirib”, - deyə Yəhya Sariya husilərə məxsus “Əl Masira” telekanalına bildirib.