Yunanıstanda dəniz nəqliyyatı dayanıb

22 Oktyabr 2024 17:56 (UTC+04:00)

Yunanıstanda bu gün və sabah üçün elan edilən 48 saatlik tətil səbəbilə dəniz yolu nəqliyyatı dayandırıldı.

SİA-nın əldə etdiyi məlumata görə, Panhelenik Dənizçilik Federasiyasının çağırışı ilə dəniz yolu nəqliyyatında çalışan işçilər bu gün və sabah üçün 48 saatlıq tətil qərarı alıblar. Bu səbəblə bütün gəmilər limanlarda dəmir endirib, dəniz yolu nəqliyyatı dayandırılıb.

Dəniz yolu işçiləri tətil vasitəsilə gəlirlərinin 23% artırılacağı kollektiv əmək müqavilələrinin imzalanmasını və hərəkət cədvəllərinin yenidən tənzimlənməsini tələb ediblər.