İlon Mask məhkəməyə verildi

22 Oktyabr 2024 17:19 (UTC+04:00)

ABŞ-da “Blade Runner 2049” serialının istehsal şirkəti amerikalı milyarder İlon Maskı məhkəməyə verib. SİA xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb. Şirkətin iddiasına görə, Mask "Tesla"nın “Robotaxi” adlı sürücüsüz avtomobilini tanıtmaq üçün filmdəki kadrlardan qeyri-qanuni istifadə edib.

Bu səbəblə İlon Maska və ona məxsus “Tesla” ilə “Warner Bros. Discovery” şirkətlərinə qarşı müəllif hüquqlarının pozulması ilə bağlı ittiham irəli sürülüb.

Filmin istehsal şirkəti olan “Alcon Entertainment”in rəsmiləri bildirib ki, oktyabrın 10-da "Tesla"nın sürücüsüz avtomobili “Robotaxi”nin tanıtımında filmdəki səhnələri əks etdirən süni intellektlə yaradılmış şəkillər icazəsiz və qeyri-qanuni istifadə olunub.