Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib

22 Oktyabr 2024 16:42 (UTC+04:00)

Milli Məclis “Gündəlik” adlı mobil tətbiq istifadəyə verib. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O qeyd edib ki, sənədlər və qanun layihələri üç gün öncə deputatlara verilir: “Mobil resursu Milli Məclis Aparatı öz imkanları hesabına hazırlayıb”.