COP29-un əhəmiyyəti nədən ibarətdir? - SORĞU

22 Oktyabr 2024 16:41 (UTC+04:00)

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib. Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP28-in yüksək səviyyədə təşkilinə görə Konvensiya Katibliyinə və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirib. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Azərbaycan üçün COP29 niyə əhəmiyyətlidir? Hazırlıq prosesləri necə gedir? SİA mövzu ilə bağlı ekoloqların fikirlərini öyrənib.

Ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov: "Ölkəmizə iqtisadi fayda verməyəcəyini deyirlər. Niyə? Belə bir fikir söyləyən hər kəs, sadəcə olaraq, BMT Konvensiyasının tərəflərinin konfransının nə olduğunu bilmir. COP29-un keçirilməsinin əsas prinsipi və vəzifəsi bütün dünya ölkələrinin səylərinin birləşdirilməsidir. ABŞ, Çin və Avropa ölkələri təkbaşına iqlim dəyişikliyi problemini həll edə bilməyəcək. Davamlı inkişaf üçün zəruri olan əsas resurslar qlobal cənub ölkələrində mövcuddur və texnologiya və potensial əsasən inkişaf etmiş ölkələrdə cəmləşmişdir. Gələcək davamlı inkişaf bu ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıqdan asılıdır. COP29-u keçirmək missiyasını üzərinə götürən Azərbaycan, ilk növbədə, bu ölkələrin mövqelərinin yaxınlaşması və ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini yönəltdi. Aparılan danışıqlar və görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan artıq böyük səylərə nail olub. Ümid edirəm ki, konfransdan sonra bu, hamıya aydın olacaq. Bundan əlavə, bu il Azərbaycan ən müasir texnologiyalara çıxış əldə edib, artıq milyon dollarlıq müqavilələr bağlanıb və bu, müasir dünyada son dərəcə vacibdir. Bunlar yeni iş yerləri, yeni sabit gəlirlər və Azərbaycanın davamlı inkişafının əsasıdır.

Şəhərimiz bundan necə faydalana bilər? - Hər gün şəhərimdə baş verən dəyişiklikləri müşahidə edirəm. Qısa müddət ərzində şəhər dəyişdi, daha da gözəlləşdi, daha da işıqlandı. Şəhərin tarixi hissəsi bərpa və abadlıqdan sonra yeni rənglər alıb. Ən əsası isə tarixi irs tamamilə qorunub saxlanılır. Bakıya gələnlər təkcə respublikanın paytaxtını deyil, çoxəsrlik tarixə malik şəhəri də görəcəklər. Tariximizə, milli dəyərlərimizə necə diqqətlə yanaşdığımızı görəcəklər. Bu ilin bir neçə ayı ərzində yüz minlərlə ağac və bəzək kolları əkilib. Şəhər çiçəklənən bağçaya çevrilir. Konfransın iştirakçıları və qonaqları parklarımızın, bulvarlarımızın, küçələrimizin onları gül-çiçək, parlaq yaşıllıqlarla necə qarşıladığının şahidi olacaqlar. Əminəm ki, onlar heyran olacaqlar və bu barədə öz "teleqram" kanallarında və "İnstaqram"larında bütün dünyaya danışacaqlar. Bu, Bakımıza böyük fayda gətirməzmi?

Azərbaycan üçün COP29 niyə əhəmiyyətlidir? ÇNL 29 İctimai şüurun dəyişməsinə töhfə verəcək. Əksər azərbaycanlılar iqlim dəyişikliyinin onları necə təhdid etdiyini, qlobal fəlakətin qarşısını almaq üçün hər birimizin nə edə biləcəyini heç vaxt düşünməyiblər. Qısa müddət ərzində cəmiyyətimiz dəyişdi, bir çoxları fikirlərini dəyişmək və bu prosesdə iştirakları, yerləri haqqında düşünmək üçün kifayət qədər məlumat aldılar. Bu, sizə böyük layihələri və proqramları uğurla həyata keçirməyə və başqaları üçün ilham mənbəyinə çevrilməyə imkan verəcəkdir. Çoxlu sayda gənclərin cəlb edilməsi cəmiyyətimizin uğurlu inkişafının rəhmidir.

COP29-la bağlı tədbirlərin mediada işıqlandırılmasını necə görürsünüz? Azərbaycanın media məkanında СОР29 haqqında çox danışılır, çox yazırlar, amma məncə, eyni məlumatlar çoxdur və yaxşı maarifləndirici məlumatlar yoxdur. Dünyada çoxlu sayda uğurlu və əhəmiyyətli layihələr var ki, onları Azərbaycanda da təkrarlamaq olar. Bu cür layihələrin məlumatı və təhlili ictimai maraq və bizim hər birimizin iqlim dəyişikliyi ilə mübarizədə necə iştirak edə biləcəyimiz barədə anlayış yarada bilər. Hər gün təkrarlanan çoxlu sayda rəsmi məlumat var, lakin artıq fəaliyyət göstərən və yaşayış sahələrini yaxşılaşdıran ictimaiyyətin, icmaların və həmfikirlərin birliklərinin iştirakı barədə məlumat yoxdur".

İqlim dəyişmələrini öyrənən müstəqil ekspert Мəhərrəm Mehtiyev: "COP29-a hazırlıqla bağlı nə lazımdır edirlər. Çox güman ki, biz bu tədbiri yaxşı keçirəcəyik. Hər şeyi nəzərə almaq mümkün deyil. Kiçik minuslar ola bilər. Paris sazişi imzalananda mən də iştirakçı idim. Orada da o qədər mənfilər var idi ki, bunlar keçərlidir. Çünki işləyən adamlar səhv edirlər. İnsanlar bir-birini o səhvlərə görə bağışlamalıdır. Bu tədbirin əhəmiyyəti çoxdur. Həm siyasi, həm iqtisadi, həm də ekoloji əhəmiyyət kəsb edir. COP-un iqtisadi səmərəsi olmayacaq. Hər bir iş iqtisadi səmərə verə bilmir, o cümlədən ekoloji məsələlər. Ekoloji layihələr çox ağır, maliyyə tələb edən layihələrdir. Ona görə də burada böyük iqtisadi səmərə gözləmək, əlbəttə ki, lazım deyil. Ölkəmizə hər tərəfdən basqılar var. Amerika, Avropa ölkələrinin basqıları boş yerə deyil. Öz ermənilərini müdafiə edirlər".

Ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar: "COP29 kimi tədbirin ətraf mühit problemlərinin həllində rolu danılmazdır. Ona görə də bütün planetimiz üçün bu cür tədbirlərin keçirilməsi böyük əhəmiyyətə malikdir. O cümlədən, Azərbaycan da bu dünyanın bir parçası olduğuna görə onun bizə aid olmadığını demək böyük qəbahətdir. Digər tərəfdən bu tədbirin Azərbaycanda keçirilməsinin bizə əhəmiyyəti barədə çox danışmışıq. COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanda ətraf mühit problemlərinin həllinə xüsusi təkan verəcəkdir. Həm də biz onun siyasi önəmini də vurğulaya bilərik. Hərçənd biz ətraf mühit problemlərindən danışdığımıza görə bu barədə siyasətçilərin danışması daha yaxşıdır. COP29-un ətraf mühit problemlərinin həlli üçün Azərbaycanda keçirilməsi Azərbaycandakı problemlərin həllinə xüsusi təkan verməsi gözləniləndir. Hər halda biz bunu gözləyirik. Başqa cür olması da mümkün deyil.

Mətbuatdan izlədiklərimiz bu qənaətə gəlməyə imkan verir ki, hazırlıqlar çox yüksək səviyyədə gedir. Azərbaycan ölkə olaraq ev sahibliyinə çox ciddi hazırlaşır. Ölkəmizə iqtisadi fayda verməyəcəyini deyirlər, bununla o qədər də razı deyiləm. Bu iqtisadi tədbir deyil, amma digər tərəfdən bu tədbirin Azərbaycanda keçirilməsinin Azərbaycanda yaşıl enerji istehsalının inkişafına xüsusi təkan verəcəyini gözləmək olar. Eyni zamanda bu yaşıl enerji istehsalının da Azərbaycanın iqtisadiyyatına qatqısını təsəvvür etmək o qədər də çətin deyil. Bu baxımdan həm də iqtisadi fayda verməyəcəyini demək də doğru deyil. Gəlir baxımından, əlbəttə, ev sahibliyi etmək böyük xərclər tələb edir. Azərbaycan bu tədbirin keçirilməsinə kifayət qədər vəsait qoyacaq. Amma bunu nəzərdə tutub deyirlər, yenə də dediyim kimi yaşıl enerjinin istehsalının inkişafına təkan qaçılmazdır. Bunun da iqtisadi faydası olacaq.

Ölkəmizə bu qədər insanların gəlməsi ilə istər-istəməz ölkəmizdə qonaq qalacaqlar. İstənilən halda onların burada xərclədikləri pullar ölkəmizin, şəhərimizin büdcəsinə təsir edəcək. Hərçənd ki, gələn qonaqların bir çox xərcləri qarşılanacaq, onların otellərdə qalması, qidalanmaları nə qədər pulsuz olsa da, yenə də qonaqdırlar. Digər yerlərdə pul xərcləməyə də, yəqin ki, həvəsləri olacaq".

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev: ""BMT, Parisin çıxardığı qərarın ən böyük mahiyyəti odur ki, siyasi faktordur. Planet öz qaydasında gedir, planetdə elə bir dəyişiklik yoxdur. Çünki o iqlimi yaradan, milyon il ərzində formalaşdıran mahiyyət dəyişmir. İqlim şəraiti öz yerindədirsə, burada dövrülük məsələsi var. 70-ci illərdə Xəzər dənizi quruyana qədər o zaman da iqlimdə dəyişiklik var idi. Sonda məlum oldu ki, bu, adi şeydir. Bu hadisələr tarixən yüzlərlə dəfə təkrar olunub. Dəyişilən odur ki, son 70 ildə planetin əhalisi təxminən iki dəfə artıb. Heyvandarlıq ən çox atmosferə karbon qazı buraxan təbəqədən biridir. Planetin əhalisini heyvandarlıqla təmin etmək nə qədər çətindir. Biz COP haqqında öhdəlik götürmüşük. Tədbiri də keçirməliyik. Noyabrda dünyanın müxtəlif ölkələrindən 80-100 minə qədər nümayəndələr gələcək. Bu, bizim üçün bir sıra siyasi faktorda, problemlərimizin həlli yolunda da fayda verəcək. Azərbaycan dünyanın ən çox münaqişələrindən əziyyət çəkən ölkələrindən idi. Belə olan halda həmin ərazilərdəki texnogen çirklənmələr, xüsusən hərbi texnogen çirklənmələr özünü göstərir. Bitki örtüyünün faciəli dəyişiklikləri, torpağın məhsuldarlığı hamısı pul tələb edir. Su mənbələrimiz, suvarma sistemlərimiz, infrastruktur məhv olub. Bunların hamısı COP-da deyilməlidir. Azərbaycana ayrılan puldan mütləq kömək lazım olacaq. Çünki bu hadisələr 1-2 ilə yox, 10 illiklər ərzində düzəlməlidir. COP-un hazırlığı ilə dövlətin xüsusi komissiyası var, məşğul olur. Birinci dəfədir ki, Azərbaycanda bu istiqamətdə tədbir keçirilir. Ona görə də bəzi problemlər də ola bilər. Çalışmaq lazımdır ki, aradan götürək, hələ vaxta var. Şəhərin bütün sistemləri saat kimi işləməlidir. Təchizat yüksək səviyyədə olmalıdır. Əhali də qonaqlara qarşı diqqətli olmalıdır. Şəhər nəqliyyatı, infrastrukturlar, ictimai iaşələr hər şeyi başa düşməlidir ki, bəzən insanın ölkəsində bir dəfə olan adam elə təəssüratla gedir ki, ömrü boyu onu xatırlayır. Bunlara fikir vermək lazımdır".