Sinəsinə qılınc balığı sancıldı

22 Oktyabr 2024 15:51 (UTC+04:00)

İndoneziyanın Qərbi Sumatra sahillərində sörfinqlə məşğul olan Giulia Manfrini sinəsinə qılınc balığı sancılması nəticəsində ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, italyan sörfçüyə bütün müdaxilələrin edildiyi, lakin onu xilas etmək mümkün olmadığı bildirilib.

Yerli mətbuatda yer alan xəbərlərdə Manfrinin bütün müdaxilələrə baxmayaraq həyatını itirdiyi bildirilib.

Mentavai Adaları Fəlakət İdarəsi Agentliyinin rəhbəri Lahmudin Sireqar qılınc balığının gözlənilmədən Manfriniyə doğru atılaraq sinəsini deşdiyini deyib. Həm sörf təlimatçısı, həm də AWAVE sörf səyahət agentliyinin qurucusu olan Manfri haqqında sosial mediada başsağlığı mesajları paylaşılıb.