Şəmkirdə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTOLAR

22 Oktyabr 2024 15:34 (UTC+04:00)

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş İlqar Əliyev saxlanılıb. SİA xəbər verir ki, onun üzərinə baxış zamanı bükümlər formasında marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitəni satmaq məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, İ.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.