Rusiya daha bir yaşayış məntəqəsini ələ keçirdi

22 Oktyabr 2024 15:08 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyi Rusiya ordusunun Donetsk vilayətindəki Novosadovoye qəsəbəsini nəzarətə götürdüyünü açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukrayna müharibəsində gördüyü işlər barədə məlumat verilib.

Rusiya ordusunun Ukraynada irəliləyişini davam etdirdiyi bildirilən bəyanatda deyilib: “Qərb Hərbi Qrupunun əsgərləri fəal hərəkətləri nəticəsində Donetsk Xalq Respublikasının Novosadovoye qəsəbəsini azad edib”.

Açıqlamada, son 24 saatda Ukrayna əsgərlərinin və hərbi texnikasının 142 bölgədə yerləşdirildiyi məntəqələrin təyyarələr, pilotsuz uçuş aparatları (PUA), artilleriya və raket bölmələri tərəfindən vurulduğu bildirilib. Eləcə də Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynaya aid 77 PUA-nın vurulduğu qeyd olunub.