Energetika Nazirliyi Çin şirkəti ilə Anlaşma Memorandumu imzalaya bilər - FOTOLAR

22 Oktyabr 2024 14:46 (UTC+04:00)

Azərbaycanın Energetika Nazirliyi və Çinin TBEA şirkəti arasında Anlaşma Memorandumunun imzalanmasına dair fikir mübadiləsi aparılıb. SİA xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında bildirib.

Nazir qeyd edib ki, Pekində TBEA şirkətinin İdarə Heyətinin sədri Zhang Xin ilə səmərəli görüş olub: “Şirkətlə Azərbaycanda bərpa olunan enerji avadanlıqlarının istehsalı, texnologiyaların təchizatı sahələrində, həmçinin regional “yaşıl enerji” infrastrukturu layihələrində əməkdaşlıq imkanları müzakirə edilib”.