Goranboyda 12 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxslər saxlanılıb - FOTOLAR

22 Oktyabr 2024 14:29 (UTC+04:00)

Goranboyda oğurluq törətməkdə şübhəli bilinən şəxslər yaxalanıb. SİA-nın verdiyi məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 12 baş xırdabuynuzlu heyvanı oğurlayan, əvvəllər məhkum olunmuş Orxan Paşayev, Laçın Əzimov və Natiq Əliyev istintaqa təhvil veriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.