"Qarabağ" - "Ayaks" oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək

22 Oktyabr 2024 12:04 (UTC+04:00)

Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin III tur oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. SİA-nın məlumatına görə, baş hakim FIFA referisi Nicholas Walsh olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.