"Yaxın zamanda Makronun da ağlı başına gələcək" - Siyavuş Novruzov

22 Oktyabr 2024 11:48 (UTC+04:00)

"Ayrı-ayrı dövlət və millətlər yalan sözlərlə məşğul olsalar da, başa düşürlər ki, Azərbaycanla tərəfdaşlıq etmək lazımdır". SİA xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazın açarıdır: "Bunun nəticəsidir ki, Amerika məktubunda Azərbaycanın uğurları, nailiyyətlərini deməklə Ermənistanın da düşdüyü vəziyəti dediyinin şahidi oluruq. Biz erməni xalqının tarxinin süni şəkildə yaradılmasını görürük. 1918-ci ilə qədər Ermənistan ərazisində dövlət olmayıb. Qərbi Azərbaycan və Qarabağda heç bir erməni dövləti olmayıb. Yaxın zamanda Makronun da ağlı başına gələcək. Makron Türk dövləti ilə əməkdaşlığın qurulmasına cəhd göstərəcək".