"Şəhidlərimiz haqqında yazılan məlumatlar yayılmalıdır" - Fazil Mustafa

22 Oktyabr 2024 11:36 (UTC+04:00)

"Vikipediya internet üzərində azad yaşayan könüllü istifadəçilərin istifadə etdiyi onlayn kitabxanadır". SİA xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, son bir il ərzində Azərbaycan vikipediyasında oxunma sayı xeyli azalmışdır. Bu azalma daha çox şəhidlərlə bağlı olan yazılara aiddir. Məqsədimiz vikipediya savadlılığını artırmaqdır. Şəhidlərimiz haqqında yazılan məlumatlar yayılmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasında da bu məsələyə ciddi fokuslanma var, lakin, görünür, kifayət qədər deyil. Əsas tələb odur ki, neytral baxış qorunsun. Burada şəxsi mülahizələr vurğulanmamalıdır. Azərbaycan vikipediya könüllülülərinin sayı artırılmalıdır. Bilikləri dərinləşdirilməlidir".