"Xaricdəki vətəndaşlara onlayn səsvermə imkanı yaradaq" - Qüdrət Həsənquluyev

22 Oktyabr 2024 11:16 (UTC+04:00)

"Bu günlərdə Moldovada seçkilər keçirilib". SİA xəbər verir ki, bu sözləri deputat Qüdrət Həsənquluyev Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xaricdə yaşayan Moldova vətəndaşlarının verdiyi səslər vəziyyəti dəyişdi: "Azərbaycan vətəndaşlarının da əksəriyəti xaricdə oxuyub yaşayırlar. Bələdiyyə seçkilərinə qədər xaricdəki vətəndaşlara onlayn səsvermə imkanı yaradaq ki, xaricdəki azərbaycanlılar da səsvermədə iştirak etsinlər".