Ötən gün təhvil götürülən silah-sursatın sayı

22 Oktyabr 2024 11:14 (UTC+04:00)

Oktyabrın 21-də polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat, 2 tapança, 6 qumbara, 4 alışdırıcı və 7 patron darağı aşkar edərək götürüblər. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.