Hacıqabulda ev yanıb

22 Oktyabr 2024 10:20 (UTC+04:00)

Hacıqabulda ev yanıb. Bu barədə SİA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.